“Köln” Hakan Şükürü transfer etmək istəyir
03.06.2008 - 13:10
“Köln” Hakan Şükürü transfer etmək istəyir
Bakı. Elşən Məmmədov - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunun forvardı Hakan Şükür karyerasını Almaniyada davam etdirə bilər. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövsüm Bundesliqaya qayıdan “Köln” komandasının baş məşqçisi Kristof Daum 37 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Artıq H.Şükürlə danışıqlara başlanılıb. Keçid baş tutacağı halda, Türkiyə çempionatları tarixində ən məhsuldar hücumçu vaxtilə Superliqada forma geymiş qapıçı Fərid Mondraqon və müdafiəçi Ümit Özatla yenidən komanda yoldaşı olacaq. H.Şükür F.Mondraqonla “Qalatasaray”da, Ü.Özatla Türkiyə millisində birgə çıxış edib.
Qeyd edək ki, H.Şükürlə Azərbaycan kubokunun sahibi “Xəzər-Lənkəran” da maraqlanır.
0