[b]PSJ Buffona 4 illik müqavilə təklfi edib[/b]
23.05.2018 - 17:35
[b]PSJ Buffona 4 illik müqavilə təklfi edib[/b]

PSJ "Yuventus"un sabiq qolkiperi Canluici Buffonla uzun müddət əməkdaşlıq etmək niyyətindədi. Apasport.az saytının "La Repubblica"ya istinadən məlumatına görə, Paris klubu Ciciyə 2 yox, 4 illik müqavilə təklfi edib.

 

Tərəflər arasında gedən danışıqlarda müsbət nəticələr əldə olunub. Yekun qərar Buffonun şəxsi istəyindən asılı olacaq.

 

Qeyd edək ki, Canluici Buffon azad agent kimi "Yuventus"dan ayrılıb. Geridə qalan mövsümdə İtaliya A Seriyasında 21 matçda meydana çıxan 40 yaşlı qolkiper qapısında 14 qol görüb.

0