[b]Yığmamızın rəqiblərinin oyununda Bolqarıstan sevindi[/b]
23.05.2018 - 21:18
[b]Yığmamızın rəqiblərinin oyununda Bolqarıstan sevindi[/b]

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda günün ikinci oyununa yekun vurulub.

 

Millimizin rəqibləri Ukrayna və Bolqarıstan üz-üzə gəlib. Sonuncuların ev sahibi olduğu matç gərgin mübarizəylə diqqət çəkib. İlk setdə 66 topun oynanılmasını da bunun göstəricisidi.

 

İlk setdə Ukrayna millisi qalib gəlsə də, Bolqarıstan yığması əzmkar qələbə əldə edə bilib – 3:1 (32:34, 25:10, 25:22, 25:21).

 

Qeyd edək ki, qrupumuzda günün ilk matçında Azərbaycan Portuqaliyanı məğlub edib – 3:1 (24:26, 25:17, 25:14, 25:17).

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

2

2

0

6-1

182-137

6

2

Azərbaycan

2

2

0

6-2

193-175

6

3

Ukrayna

2

0

2

2-6

180-201

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 

0