[b]Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı[/b]
23.05.2018 - 22:04
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu ərəfəsində millimizin mətbuat üçün açıq məşqinin və baş məşqçi Qurban Qurbanovla bir neçə futbolçunun iştirak edəcəyi mətbuat konfransı keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq bu tədbirlərin vaxtı dəqiqləşib.
Mayın 26-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı hazırlıq 18:00-da başlayacaq.
Qurbanovun mətbuat konfransı ertəsi gün olacaq. “Hyatt Ragency oteli”nin Nizami zalında gerçəkləşəcək tədbir saat 12:00-da start götürəcək.
0
0