[b]Premyer Liqanı tərk edən klubda yeni təyinat[/b]
23.05.2018 - 22:48
[b]Premyer Liqanı tərk edən klubda yeni təyinat[/b]

İngiltərənin “Stok Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu posta Hari Rouett təyin olunub.

 

Onun son iş yeri “Derbi Kaunti” idi. Rouett Premyer Liqanı tərk edəndən sonra postundan kənarlaşdırılan Pol Lamberti əvəzləyib.

 

Qeyd edək ki, 44 yaşlı mütəxəssis “Derbi Kaunti”ni Çempionşipdən Premyer Liqaya vəsiqə üçün pley-offa daşısa da, onun yetirmələri yarımfinalda “Fulhem”ə uduzmuşdu.

0