[b]“Qəbələ”dən 4-cü çempionluq[/b]
23.05.2018 - 23:12
[b]“Qəbələ”dən 4-cü çempionluq[/b]

Bu gün AFFA-nın təşkil etdiyi U-13 Liqasına yekun vurulub. Apasaport.az saytının məlumatına görə, final matçında “Qəbələ” və “Neftçi” görüşüb.

 

İki cavabsız qol vuran “qırmızı-qaralar” liqanın çempionu adına yiyələniblər. Bu, “Qəbələ”nin cari mövsüm liqalarda qazanılan 4-cü uğurudu. Bunadək “qırmızı-qaralar” U-19, U-17 və U-16 liqalarında da qızıl medallar qazanmışdı.

0