[b]“Napoli”də 3 illik müqavilə[/b]
24.05.2018 - 00:00
[b]“Napoli”də 3 illik müqavilə[/b]

İtaliyanın “Napoli” klubu yeni baş məşqçi təyinatını acıqlayıb. Apasport.az saytının məlumatına görə, Neapol təmsilçisi Karlo Ançelotti ilə müqavilə imzalayıb.

 

Maurisio Sarri ilə yollarını ayıran “Napoli” yeni çalışdırıcısı ilə üç illik anlaşıb. Son iş yeri “Bavariya” olan 58 yaşlı Ançelotti karyerası ərzində “Real”, “Milan”, PSJ, “Çelsi”, “Yuventus”, “Parma” və “Recina”da da çalışıb.

 

Qeyd edək ki, “Napoli”dən ayrılan Sarri “Zenit” və “Çelsi”ni çalışdıra bilər.

0