Yunis Hüseynov yeni komanda yaradır
03.06.2008 - 13:37
Yunis Hüseynov yeni komanda yaradır
43 yaşlı çalışdırıcı heyətdə saxlanılan İlham Yədullayev, Əziz Quliyev, Eldar Hüseynov və Cavid Rəhimovun komandaya lazım olduğunu bildirib: “İlham təcrübəli futbolçudur. Digər üçü isə gənc, perspektivli oyunçu kimi bizə fayda verməlidir. İmtina etdiyim futbolçular tükəndikləri üçün onları komandada saxlamağı lazım bilmədim. Ancaq bu, onların intizamsız, şübhələnməyə əsas verən hərəkətləri ilə bağlı deyil. Yeni mövsümdə iddialı çıxış etməyimizi nəzərə alsaq, bu addımı atmağım zəruri idi”. 23 futbolçudan 19-u ilə vidalaşan Y.Hüseynov bildirib ki, komandanın yeni nəfəsə ehtiyac var: “Yenidən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Qarşımızda duran vəzifə mükafatçılar sırasına düşməkdir. Bu məqsədlə heyəti gücləndirəcəyik. Həm səviyyəli yerli, həm də əcnəbi futbolçular transfer edəcəyik. Klub rəhbərliyinin göstərdiyi qayğı əladır”.
Qeyd edək ki, 2004-cü ilin yayında yaradılan “Karvan” ilk iki mövsümdə bürünc və gümüş mükafatı Y.Hüseynovun rəhbərliyi altında qazanıb.
0