20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb.
Balkan təmsilçisi Azərbaycana U-20 yığması ilə gəldiyindən millimiz yoldaşlıq oyununda bu komanda ilə üz-üzə gəlib. Matç “Dalğa Arena”da baş tutub.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Hesabı erkən - 5-ci dəqiqədə açan komandamız sona 3 dəqiqə qalmış rəqibin qoluna əngəl ola bilməyib.
Bu, millimizin bu ay baş tutan ikinci sınağıdı. Gürcüstanın U-20 yığmasında 1:2 hesabı ilə uduzan komandamız doğma azarkeşlər önündə ikinci matçında da qələbəyə həsrət qalıb.
Qeyd edək ki, sözügedən oyun rəqiblər arasında nəzərdə tutulan iki matçdan birincisidi. Azərbaycanın və Makedoniyanın U-20 komandaları mayın 27-də eyni stadionda yenidən üz-üzə gələcək. Həmin matç da saat 19:00-da başlayacaq.
Yoldaşlıq oyunu
24 may
Azərbaycan (U-20) – Makedoniya (U-20) - 1:1
Qollar: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov
Dördüncü hakim: Nail Nağıyev
AZƏRBAYCAN: 12. Kamran İbrahimov, 3. Anton Krivotsyuk, 13. Murad Qayalı, 6. Hacıağa Hacılı (k), 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Nicat Mehbalıyev, 27. Ərziman Rizvanov, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 26. Faiq Hacıyev, 15. Əli Sadıxov, 25. Təbriz Xubanov, 11. Süleyman Əhmədov, 8. Rafael Məhərrəmli
Baş məşqçi: Rəşad Sadıqov
MAKEDONİYA: 1. Riste Yankov, 2. Todor Todorovski, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 19. Filip Trayanovski, 11. Omar İmeri, 17. Daniel Milovanovik, 7. Milan Ristovski, 8. Yani Atanasov, 9. Kristian Trapanovski, 10. Davor Zdravkovski (k)
Ehtiyat oyunçular: 12. Xristian Stevkovski, 22. Tomas Bojinovski, 18. Vane Yovanov 15. Oliver Stoymenovski, 13. Filip Antovski, 14. Darko Çurlinov, 6. Stefan Boqdanovski, 16. Marko Ferukoski, 21. Kristian Trayçeski, 4. Mile Todorov, 20. Aqron Rufati
Baş məşqçi: Blaqoya Milevski
“Dalğa Arena”