[b]NBA: "Boston" final seriyasında yenidən öndə - VİDEO[/b]
24.05.2018 - 09:35
[b]NBA: "Boston" final seriyasında yenidən öndə - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Şərq konfransı final seriyasında 5-ci oyun keçirilib.

 

"Boston Seltiks" "Klivlend Kavalyers"i qəbul edib. İlk periodda ələ keçirdiyi üstünlüyü sona qədər qoruyub saxlayan ev sahibləri görüşdən qalib ayrılaraq, seriya hesabında yenidən önə keçiblər.

 

NBA

Pley-off

Şərq konfransı, final seriyası (5-ci oyun)

"Boston Seltiks" - "Klivlend Kavalyers" - 96:83

"Boston": Teytum (24 xal, 7 ribaund, 4 assist, 4 top oğurlama, 2 blok), Braun (17 xal, 3 ribaund, 2 assist, 1 blok), Horford (15 xal, 12 ribaund, 1 assist, 1 top oğurlama)

"Klivlend": Ceyms (26 xal, 10 ribaund, 5 assist, 1 top oğurlama), Lav (14 xal, 7 ribaund, 2 assist, 2 top oğurlama, 1 blok)

Seriyada hesab - 3:2 ("Boston")

 

0