[b]Gerye “Qarabağ”dan ayrılır: İtaliyada oynamaq mənim üçün qürur olacaq[/b]
24.05.2018 - 09:55
[b]Gerye “Qarabağ”dan ayrılır: İtaliyada oynamaq mənim üçün qürur olacaq[/b]

“Qarabağ”ın futbolçusu Vild-Donald Gerye karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az verir ki, bu barədə məlumatı haitisporttotal.com saytı yayıb.

 

Bildirilir ki, Haiti millisinin üzvünün Apennin yarımadasında oynamaq ehtimalı var. Bununla bağlı qısa açıqlama verən oyunçu özü məlumatı təsdiqləyib. Gerye İtaliyada oynamaq istəyini gizlətməyib və menecerinin A seriyası komandalarından biri ilə danışıq apardığını söyləyib: “Avropanın “böyük beşlik” ölkələrinin birində oynamaq mənim üçün qürur olacaq”.

 

Qeyd edək ki, “Qarabağ”a ötən il “Alanyaspor”dan keçən Vild-Donald Geryenin Azərbaycan çempionu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

0