“Qəbələ” Qoqa Beraya ilə müqavilə bağlayıb
03.06.2008 - 14:22
“Qəbələ” Qoqa Beraya ilə müqavilə bağlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qəbələ” klubu iki yeni futbolçu ilə müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 2008/09 mövsümündə qəbələlilərin heyətində çıxış edəcək yeni oyunçulardan ikisi ilə münasibətlərini rəsmiləşdirib. Son mövsümdə “Qarabağ”ın heyətində çıxış edən Kənan Kərimovun “Qəbələ”yə keçəcəyi Premyer Liqa oyunları bitməmiş məlum idi. Klub rəhbərliyi 32 yaşlı hücumçu ilə bir illik müqavilə bağlayıb. Qəbələlilərin baş məşqçisi Ramiz Məmmədov “Qarabağ”ın daha bir sabiq oyunçusunu sərəncamında görə biləcək. 2006-cı ilin qışında “Gəncə”dən Ağdam təmsilçisinə transfer olunan Qoqa Beraya da “Qəbələ” ilə bir illik müqaviləyə imza atıb. Qeyd edək ki, 24 yaşlı gürcüstanlı yarımmüdafiəçi 2007/08 mövsümündə “Qarabağ”ın heyətində keçirdiyi 16 Premyer Liqa oyununda 1 qol vurub və 2 sarı vərəqə alıb.
0