[b]“Millimizin oyunları FİFA reytinqinə salınacaq” – AFFA rəsmisi[/b]
24.05.2018 - 18:41
[b]“Millimizin oyunları FİFA reytinqinə salınacaq” – AFFA rəsmisi[/b]

Azərbaycan millisinin qarşıdakı 3 yoldaşlıq görüşünün hər biri FİFA-nın reytinqinə daxil ediləcək. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla deyib.

 

Məsələ burasındadı ki, FİFA-nın rəsmi saytında növbəti reytinq cədvəlinə qədər millimiz üçün nəzərə alınacaq matçlar xanası boşdu. Burdan belə qənaətə gəlmək olardı ki, Qurban Qurbanovun yetirmələrinin Qırğızıstan və Qazaxıstanla qarşıdakı görüşləri FİFA tərəfindən tanınmayacaq.

 

Lakin AFFA rəsmisi həm Qırğızıstan, həm Qazaxıstan, həm də Latviya ilə baş tutacaq yoldaşlıq görüşlərinin FİFA-da qeydiyyatdan keçirildiyini söyləyib: “Hər üç oyun reytinqə təsir edəcək. Bunun üçün məktub göndərməyə ehtiyac yoxdu. Bu məsələ xüsusi sistemlə həll olunur. Yəni biz tərəfdən oyunlar həmin sistemə daxil edilən kimi, FİFA-da qeydiyyata götürürlər”.

 

Qeyd edək ki, yığmamız mayın 29-da Bakıda Qırğızıstanla, iyunun 6-da Astanada Qazaxıstanla, iyunun 9-da isə Riqada Latviya ilə qarşılaşacaq. 

0