[b]Premyer Liqa klubunda yeni müqavilə[/b]
24.05.2018 - 21:26
“Tottenhem” baş məşqçisi Maurisio Poçettino ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssislə hazırda qüvvədə olan anlaşma 2023-cü ilə kimi nəzərdə tutulub.
London klubu həmçinin 46 yaşlı məşqçinin köməkçiləri ilə də müqaviləni yeniləyib.
Qeyd edək ki, Maurisio Poçettino 2014-cü ildən “Tottenhem”ə rəhbərlik edir.
0
0