[b]Daha bir ulduz İspaniyanı Yaponiyaya dəyişdi[/b]
24.05.2018 - 22:21
[b]Daha bir ulduz İspaniyanı Yaponiyaya dəyişdi[/b]

Fernando Torresin yeni ünvanı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Atletiko” ilə yollarını ayıran “El Nino” bundan sonra uzaq şərqdə – Yaponiyada oynayacaq.

 

İspaniya mətbuatında gedən xəbərlərdə 34 yaşlı hücumçunun karyerasını “gündoğar ölkə”də davam etdirəcəyi və “Saqan Tosu” klubunda çıxış edəcəyi bildirilib.

 

Ulduz hücumçu ilə ABŞ və Çin klubları da maraqlansalar da, o, Yaponiyaya getməyi seçib.

Qeyd edək ki, bu gün həmin ölkənin “Visel Kobe” klubu “Barselona”dan ayrılan Andres İnyestanın transferini açıqlamışdı.

0