[b]“Belə rəqibə qarşı oynamağı xoşlayıram” – Rəşad Sadıqov[/b]
24.05.2018 - 23:12
[b]“Belə rəqibə qarşı oynamağı xoşlayıram” – Rəşad Sadıqov[/b]

“Rəqib sürətli futbol sərgilədiyi üçün müdafiəyə daha çox diqqət yetirirdik. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman çox müdafiə olunduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

 

Yoldaşlıq oyununda makedoniyalı həmyaşıdları ilə qarşılaşan U-20 yığmamız matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Oyun başa çatdıqdan sonra AFFA-nın saytına açıqlama verən Sadıqov matçı belə şərh edib: “Makedoniya yığması çox yaxşı komandadır. Bu kollektivi tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridi. İsveçrə və Belçika, eləcə də Avropa çempionatının elit-raundunda İngiltərə üzərində qələbə qazanıblar. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq”.

0