[b]Xames Rodrigez kriptovalyuta yaradır[/b]
25.05.2018 - 01:15
[b]Xames Rodrigez kriptovalyuta yaradır[/b]

Xames Rodrigez futbolla yanaşı iqtisadiyyatla və bizneslə də məşğul olur. Apasport.az saytının məlumatına görə, kolumbiyalı oyunçu öz şəxsi kriptovalyutasını yaradıb.

 

Bu barədə futbolçu özü açıqlama verib. JR10 adlanan virtual tokenlər mayın 27-dən etibarən satışa çıxardılacaq.

 

Müqavilə ilə “Real”a məxsus olan, amma icarə əsasında “Bavariya”da çıxış edən Xames kriptovalyuta yaradan hazırda karyerası davam edən futbolçudur. Daha əvvəl isə Maykl Ouen və boksçu Menni Pakyao da bu işlə məşğul olmuşdular.

0