“Nitra” klubunun baş meneceri: “Neftçi” bizim üçün sirli komandadır”
03.06.2008 - 14:53
“Nitra” klubunun baş meneceri: “Neftçi” bizim üçün sirli komandadır”
Onun bildirdiyinə görə, “Neftçi”nin İntertoto kubokunun birinci mərhələsində qarşılaşacağı “Nitra”ya bu həftənin sonunadək yeni baş məşqçi təyin olunacaq. Y.Petrani bu posta 3 namizədin olduğunu söyləyib: “Adlarını açıqlamaq istəmədiyim namizədlər çexiyalı və slovakiyalıdırlar. Çox güman ki, yeni baş məşqçi həftənin sonunadək müəyyənləşəcək. Biz ilk növbədə baş məşqçi məsələsini həll etməliyik. Yalnız bundan sonra transfer çalışmalarına başlayıb, heyətdə dəyişiklik etməyi planlaşdırırıq”. Baş menecer vurğulayıb ki, “Neftçi” və “Nitra”nın növbəti mərhələyə yüksəlmək şansları bərabərdir: “Rəqib barədə informasiyamız az olsa da, şansları 50-nin 50-yə dəyərləndirirəm. Komandamızın İntertoto kubokunda təcrübəsi var. Biz iki il öncə məhz bu turnirdə qüvvəmizi sınamışıq”. Y.Petrani, həmçinin “Neftçi”yə ukraynalı Anatoli Demyanenkonun rəhbərlik etməsindən xəbərdar olduğunu da nəzərə çatdırıb.
Qeyd edək ki, “Neftçi” və “Nitra” arasında ilk matç 21 və ya 22 iyunda Bakıda, cavab görüşü isə iyunun 28-də, yaxud 29-da Slovakiyada keçiriləcək.
0