[b]DÇ-2018: İlkin siyahıda 24 legioner[/b]
25.05.2018 - 12:26
[b]DÇ-2018: İlkin siyahıda 24 legioner[/b]

Serbiya yığmasının dünya çempionatı üçün iştirak ərizəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mladen Krstayiç ilkin siyahıya 27 oyunçunun adını yazıb.

 

Dəvətlilərdən cəmi 3-ü Serbiya çempionatında çıxış edir. Digər 24 oyunçu isə legioner həyatı yaşayır. 44 yaşlı mütəxəssis təlim-məşq toplanışının gedişində 4 futbolçunu siyahıdan çıxaracaq və yekun “23-lük” müəyyənləşəcək.

 

Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Predraq Raykoviç (“Makkabi”, Təl-Əviv, İsrail), Marko Dmitroviç (“Eybar”, İspaniya), Aleksandr Yovanoviç (AGF, Danimarka);

Müdafiəçilər: Branislav İvanoviç (“Zenit”, Rusiya), Aleksandr Kolarov (“Roma”, İtaliya), Antonio Rukavina (“Vilyarreal”, İspaniya), Matiya Nastasiç (“Şalke”, Almaniya), Duşko Toşiç (“Quançjou Fuli”, Çin), Uroş Spayiç (“Anderlext”, Belçika), Miloş Velkoviç (“Verder”, Almaniya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Milan Rodiç (“Srvena Zvezda”);

Yarımmüdafiəçilər: Duşan Tadiç (“Sauthempton”, İngiltərə), Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Adem Lyayiç (“Torino”, İtaliya), Luka Milivoyeviç (“Kristal Pelas”, İngiltərə), Filip Kostiç (“Hamburq”, Almaniya), Andriya Jivkoviç (“Benfika”, Portuqaliya), Miyat Qaçinoviç (“Ayntraxt”, Almaniya), Marko Qruyiç (“Kardiff Siti”, Uels), Nemanya Maksimoviç (“Valensiya”, İspaniya), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Nemanya Radonyiç (“Srvena Zvezda”);

Hücumçular: Aleksandr Mitroviç (“Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).

 

Qeyd edək ki, Serbiya millisi mundialda Braziliya, Kosta-Rika və İsveçrə ilə E qrupunda mübarizə aparacaq.

0