[b]Azərbaycan Kuboku: Finalın hakimləri bəllidi![/b]
25.05.2018 - 13:05
[b]Azərbaycan Kuboku: Finalın hakimləri bəllidi![/b]

Azərbaycan Kubokunun final görüşünün hakimləri bəlli olub. Hakimlər Komitəsindən apasport.az saytına verilən məlumata görə, “Qəbələ” ilə “Keşlə” arasındakı həlledici matç FİFA referilərindən heç birinə həvalə edilməyib.

 

Belə ki, mayın 28-də Qəbələdə baş tutacaq qarşılaşmada Rauf Cabbarov ədalət təmsilçisi olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

 

Rauf Cabbarov bu mövsüm Topaz Premyer Liqasında 15, ölkə kubokunda isə 2 oyuna təyinat alıb. O, həmçinin karyerası ərzində ilk dəfə Azərbaycan kubokunun final görüşünü idarə edəcək.

 

Qeyd edək ki, mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu 20:00-da start götürəcək.

0