[b]"Liverpul"un transfer planı: Çempionlar Liqası = Nabil Fekir[/b]
25.05.2018 - 13:42
[b]"Liverpul"un transfer planı: Çempionlar Liqası = Nabil Fekir[/b]

“Liverpul” “Lion”un pleymeykeri Nabil Fekirin transferində israrlıdı. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, Mersisayd klubu Çempionlar Liqasının qalibi olacaqları təqdirdə, əldə ediləcək maliyyə mükafatını birbaşa fransız futbolçunun keçidi üçün xərcləmək niyyətindədi.

 

“Liverpul”un Çempionlar Liqası finalının ardından danışıqları sürətləndirəcəyi gözlənilir. İlkin məlumata görə, transfer “qırmızılar”a 60 milyon funt sterlinqə başa gələcək.

 

Qeyd edək ki, 2017-18 mövsümündə ümumilikdə 37 matçda meydana çıxan Nabil Fekir 21 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

0