[b]“Sumqayıt”da daha bir imza - FOTO[/b]
25.05.2018 - 14:47
[b]“Sumqayıt”da daha bir imza - FOTO[/b]

“Sumqayıt” 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az klubun saytına istinadən məlumat verir ki, “Gənclik şəhəri” təmsilçisi Vurğun Hüseynovun ardından daha bir futbolçu ilə müqavilə müddətini uzadıb.

 

Belə ki, Cavid Tağıyev daha 1 mövsümdə “Sumqayıt”ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.

0