[b]Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]
25.05.2018 - 18:54
[b]Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin Qızıl Avropa Liqasında Azərbaycanla oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İvan Petkov yığmamızla sabah keçirəcəkləri görüşdə güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Mütəxəssis demək olar ki, əsasən gənc oyunçulara şans verəcək.

 

Bolqarıstan millisinin heyəti

Toppaylayıcılar: 7. Lora Kitipova, 8. Petya Barakova;
Blokçular: 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova;
Hücumçular: 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova;
Liberolar: 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

Qeyd edək ki, Bolqarıstan Azərbaycan yığmasını Sofiyada qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

0