[b]İlk medalçılar müəyyənləşdi[/b]
25.05.2018 - 20:03
[b]İlk medalçılar müəyyənləşdi[/b]

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Apasport.az-ın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, artıq ilk medalçılar müəyyənləşib.

 

Yaşı 15-ə qədər olan oğlanlar arasında 50 kq çəki dərəcəsində qızıl medala toplam 168 kq (75+93) nəticə ilə Elvin Heydərzadə layiq görülüb. İkinci yeri 162 kq (72+90) nəticə ilə Elvin Şükürzadə, üçüncü yeri isə 140 kq (65+75) nəticə ilə Heydər Yusifov tutub.

 

Həmçinin körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər. Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 136 kq (59+77) çəki və 191.41 xalla Səma Mayılova qalib gəlib. Yaşı 17-yə qədər olan qızların mübarizəsində isə toplam 133 kq (63+70) çəki və 194.91 xalla Lalə Rzazadə qızıl medala layiq görülüb.

 

Mayın 28-dək davam edəcək yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdi.

0