[b]Fatih Terimə 10 milyonluq təklif[/b]
25.05.2018 - 20:26
[b]Fatih Terimə 10 milyonluq təklif[/b]

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim sürpriz təklif alıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “cim-bom”u Türkiyə çempionu edən təcrübəli mütəxəssis Çinə köçə bilər.

 

Məsələ burasındadı ki, Bernd Şusterlə yollarını ayırmağı planlaşdıran “Dalyan Yifanq” onu məhz Terimlə əvəzləmək niyyətindədi. Nikolas Qaytan və Yannik Karrasko kimi ulduzlara sahib olmasına baxmayaraq, komandanın 16 komanda arasında 15-ci pillədə qərarlaşması rəhbərliyin narazılığına səbəb olub. Terimin meneceri Jorje Mendeslə görüşən “Dalyan Yifanq” rəhbərliyi ona illik 10 milyon avro maaş təklif edib.

 

Qeyd edək ki, Fatih Terimin “Qalatasaray”la müqavilə müddəti gələn ilin yayına qədərdi.

0