[b]“Çelsi” Konteni nə vaxt qovacaq?[/b]
25.05.2018 - 21:00
[b]“Çelsi” Konteni nə vaxt qovacaq?[/b]

“Çelsi” baş məşqçisi Antonio Konteni bu gün istefaya göndərə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna klubun sahibi Roman Abramoviç qərar verəcək.

 

Belə ki, rusiyalı biznesmen bu gün Konte ilə görüşməyi planlaşdırır. Görüş zamanı Abramoviçin italiyalı mütəxəssisə əməkdaşlığa son qoymaqla bağlı qərarını açıqlaması gözlənilir. 49 yaşlı mütəxəssisin müqavilə müddəti davam etdiyindən, londonlular ona təzminat ödəməli olacaqlar.

 

“Çelsi”nin yeni baş məşqçisi çox güman ki, “Napoli”dən yenicə ayrılan Mauritsio Sarri olacaq.

 

Qeyd edək ki, Antonio Konte 2016-cı ildən “Çelsi”yə başçılıq edir.

0