[b]“Barselona” daha bir futbolçu ilə razılaşdı[/b]
25.05.2018 - 21:41
[b]“Barselona” daha bir futbolçu ilə razılaşdı[/b]

“Barselona”nın müdafiəçisi Samuel Umtiti gələcəyi ilə bağlı qərarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu klubun yeni müqavilə təklifinə müsbət cavab verib.

 

Bununla bağlı açıqlama verən prezident Xosep Bartomeu gənc oyunçu ilə ilkin anlaşma əldə etdiklərini söyləyib: “Umtitiyə birdən-birə yüksək maaş verə bilmərik. Çünki o, hələ çox gəncdi. Lakin danışıqlarımız müsbətə doğru dəyişib”.

 

Klubun təklifini qəbul edən Umtitinin dünya çempionatının startına qədər yeni sözləşməyə qol çəkməsi gözlənilir.

 

Qeyd edək ki, Samuel Umtiti “Mançester Yunayted”in maraq dairəsində idi.

0