[b]DÇ-2018: Satışa çıxmamış 3 milyon sifariş edildi - FOTO[/b]
25.05.2018 - 23:52
[b]DÇ-2018: Satışa çıxmamış 3 milyon sifariş edildi - FOTO[/b]

Dünya çempionatında iştirak edəcək Nigeriya yığmasının yeni formalarına maraq böyükdü. Apasport.az saytı xəbər verir ki, “Nike” firması afrikalıların forması üçün sifarişlər aldıqlarını bəyan edib.

 

Maraqlıdı ki, forma hələ satışa çıxmamış “Nike” firması 3 milyon ədəd sifariş alıb. Nigeriyanın yeni forması 1994-cü ildəki mundialda yığmanın geyindiyi formaya bənzədilib.

 

Qeyd edək ki, Nigeriya millisi dünya çempionatında Argentina, İslandiya və Xorvatiya ilə D qrupunda mübarizə aparacaq.

0