[b]Millimiz Bolqarıstana məğlub oldu - YENİLƏNİB[/b]
26.05.2018 - 19:58
[b]Millimiz Bolqarıstana məğlub oldu - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında I dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan millisi III turun qarşılaşmasını səfərdə keçirib.

 

Faiq Qarayevin yetirmələri Bolqarıstan yığmasının qonağı olublar. İlk 2 matçı evdə keçirən və qalib gələn komandamız bu dəfə məğlub olub.

 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk seti qələbə ilə başa vursa da, sonradan toparlanan bolqarlar qələbəni bayram ediblər.

 

Qeyd edək ki, A qrupunun digər görüşündə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu duel mayın 27-də baş tutacaq.

  

Qızıl Avropa Liqası

A qrupu

III tur

26 may

Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı

 

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

  

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

3

3

0

9-2

274-214

9

2

Azərbaycan

3

2

1

7-5

270-267

6

3

Ukrayna

2

0

2

2-6

180-201

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 

0