[b]DÇ-2018: Nigeriya yığmasına qadağa[/b]
26.05.2018 - 12:28
[b]DÇ-2018: Nigeriya yığmasına qadağa[/b]

Rusiyada keçiriləcək DÇ-2018-də çıxış edəcək Nigeriya yığması qadağa ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bunu Afrika təmsilçisinin baş məşqçisi Gernot Ror açıqlayıb.

 

O bildirib ki, futbolçular rus qızlarla görüşməsinə icazə verilməyəcək: “Futbolçular mundial vaxtı həyat yoldaşları və ailələri ilə görüşə biləcək. Bunun üçün hər oyunçunun ixtiyarında otaq olacaq. Lakin buna oyun günü və ondan əvvəlki gün icazə verilməyəcək. Mən futbolçulara rus qızlarla və “peşəkarlar”la görüşməsinə imkan verməyəcəm. Yalnız Con Obi Mikel istisnadı. Çünki onun həyat yoldaşı rusdu”.

 

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

0