[b]İlk arzusunda[/b]
26.05.2018 - 13:23
[b]İlk arzusunda[/b]

Azərbaycan millisi mayın 29-da növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ildə 4-cü matçına çıxacaq.

 

Komandamız Qırğızıstanla üz-üzə gələcək. Görüş Bakı Olimpiya Stadionunda baş tutacaq.  Yığmamız bunadək 2018-ci ildə 3 oyunda qüvvəsini sınayıb.

 

Yanvarın 30-da Moldova, martın 27-də Makedoniya ilə Türkiyənin Antalya şəhərində qarşılaşan Qurban Qurbanovun yetirmələri qonşu ölkədə heç-heçələri sıralayıb. İlk görüş qolsuz bitibsə, digərində tərəflər hərəyə 1 dəfə fərqlənib. Martın 23-də Bakıda təşkil olunan sınaqda isə millimiz Belarusa uduzub – 0:1.

 

Bu, komandamızın 26 illik tarixində 238-ci matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 237 qarşılaşmada meydana çıxıb.

 

Bu qarşılaşmayadək 44 qələbə qazanan yığma San-Marino ilə 2017-ci il sentyabrın 4-dəki 5:1 hesablı qələbədən sonra 5 oyundu qalib gəlmir. Ötən il Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan yığmamız bu il 3 sınaqdan qələbəsiz ayrılıb.

 

Arxada qalan 26 ildə 64 dəfə heç-heçə edən komandamız 129 məğlubiyyət alıb. Millimiz bu matçlarda 171 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 402 qoluna üzülüb.

 

Komandamız yoldaşlıq oyunları, o cümlədən bu xarakter daşıyan mini turnirlərdə 120-ci sınağına çıxacaq. Bunadək yığmamız 119 belə görüş keçirib. Hesabında 31 qələbə və 41 heç-heçə olan yığma 47 dəfə uduzub. 106 qol vuran milli öz qapısından 151 qol buraxıb.

 

Qırğızıstanla görüş yığmamızın baş məşqçisi Qurban Qurbanovun bu postda 4-cü sınağı olacaq. O, komandan bu il keçirilən 3 matça çıxarıb. Millimiz həm bu il, həm də Qurbanovun rəhbərliyi altında qələbəyə həsrətdi. 1 heç-heçə edib, 2 dəfə uduzduğumuz görüşlərdə bir qol vuran futbolçularımız ikisini buraxıb. Asiyalılar üzərindəki qələbə Qurbanovlu yığmanın ilki olacaq. Bu, həm də qələbəsizlik seriyasını bitirib, 2018-ci ilin “siftə”sini rəsmiləşdirəcək.

0