[b]FİFA: Platininin cəzası ləğv olunmayacaq[/b]
26.05.2018 - 16:50
[b]FİFA: Platininin cəzası ləğv olunmayacaq[/b]

UEFA-nın sabiq prezidenti Mişel Platininin diskvalifikasiyası ləğv olunmayacaq. Apasport.az saytının məlumatına görə, İsveçrə prokurorluğu fransalını ona qarşı yönələn ittihamlardan azad etsə də, FİFA Platininin cəzasını qüvvədə saxlayacaq.

 

Qurumdan bildirilib ki, etik kodeksi pozan fransalıya cəza tətbiq olunmasını İdman Arbitraj Məhkəməsi (CAS) dəstəkləyib. Sonuncular cəzanı 4 ilə qədər azaltsa da, bu iki qurum heç vaxt Platini ilə bağlı qərarına şübhə etməyib.

 

Assosiasiya İsveçrə qanunvericiliyi ilə FİFA qaydalarının fərqli olduğunu önə çəkib və bu üzdən də etik kodeksi pozan şəxslə bağlı qərara baxılmayacağını açıqlayıb: “CAS və FİFA onun cinayət törədib-törətmədiyinin fərqinə varmayacaq. Platini etik kodekslə bağlı bir sıra pozuntulara yol verib. Bunlar da İsveçrə Ali Məhkəməsində də təsdiqlənib”.

0