[b]Yığmamız yenə uduzdu[/b]
26.05.2018 - 19:17
[b]Yığmamız yenə uduzdu[/b]

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan qızlardan ibarət U-19 millimiz növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2.

 

Yığmamızın yeganə qolunu Sona Rəhimova vurub.

 

Qeyd edək ki, bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.

 

0