[b]Millimiz “Zirə” ilə bacarmadı[/b]
26.05.2018 - 21:06
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz “Zirə”nin əvəzedici komandası ilə qarşılaşıb.
Zaur Həşimovun komandası rəqibi ilə bacarmayıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
U-18-in heyətində Kənan Qasımov fərqlənib.
0
0