[b]Dmitrova yığmamıza göz açmağa imkan vermədi[/b]
26.05.2018 - 21:52
[b]Dmitrova yığmamıza göz açmağa imkan vermədi[/b]

Qızıl Avropa Liqasının III turunun Bolqarıstan – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sofiyada keçirilən görüş 91 dəqiqə davam edib.

 

Millimizin 1:3 (25:17, 17:25, 14:25, 21:25) hesabı ilə məğlub olduğu matçın ən yaxşı bombardiri rəqibin üzvü Gerqana Dmitrova olub. Bolqar voleybolçu 21 xal qazanıb.

 

Millimizin heyətində Katerina Jidkova və Yelizaveta Səmədova hərəyə 14, Olena Həsənova isə 12 xal toplaya bilib.

 

Qeyd edək ki, 3 oyundan sonra iki qələbə qazanan millimizi qrupda 2-ci pillədə qərarlaşıb.

 

0