[b]Şanssız final[/b]
26.05.2018 - 23:25
[b]Şanssız final[/b]

Çempionlar Liqasının finalında “Real” “Liverpul”la qarşılaşır. Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsində ispanlar şanssızlıqla üzləşib.

 

Belə ki, qarşılaşmanın 35-ci dəqiqəsində zədələnən “Real”ın sağ cinah müdafiəçisi Dani Karvaxal matçın 35-ci dəqiqəsində meydanı tərk etməli olub.

 

Ayağından zədələnən ispan müdafiəçi matçı davam etdirə bilməyib.

 

O, meydanı göz yaşları ilə tərk edib.

 

Qeyd edək ki, bundan 5 dəqiqə əvvəl “Liverpul” da məcburi dəyişiklik etməli olmuş, Muhammed Salah meydanı tərk etmişdi.

0