[b]Yığmamız Makedoniyaya uduzdu - YENİLƏNİB[/b]
27.05.2018 - 20:57
[b]Yığmamız Makedoniyaya uduzdu - YENİLƏNİB[/b]

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb.

  

Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dərəki duelinin taleyini bir top həll edib.

 

Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib.

 

Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidi. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu – 1:2.

 

Yoldaşlıq oyunu

27 may

Azərbaycan (U-20) – Makedoniya (U-20) - 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Fərid Nəbiyev 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Baş hakim: Orxan Məmmədov

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Mübariz Haşımov

Dördüncü hakim: İnqilab Məmmədov

“Dalğa Arena”

 

AZƏRBAYCAN: 22. Nicat Mehbalıyev, 3. Anton Krivotsyuk (k), 13. Murad Qayalı, 2.Seydiyev Amin, 18. Ricat Qarayev, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 15. Əli Sadıxov, 8. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Hüseynəli Quliyev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü, 27. Ərziman Rizvanov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 26. Faiq Hacıyev, 25. Təbriz Xubanov, 11. Süleyman Əhmədov

Baş məşqçi: Rəşad Sadıqov

 

MAKEDONİYA: 1. Riste Yankov, 20. Aqron Rufati, 18. Vane Yovanov, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 8. Yani Atanasov, 17. Daniel Milovanovik, 10. Davor Zdravkovski (k), 21. Kristian Trayçeski, 14. Darko Çurlinov, 7. Milan Ristovski

Ehtiyat oyunçular: 12. Xristian Stevkovski, 22. Tomas Bojinovski, 4. Mile Todorov, 2. Todor Todorovski, 6. Stefan Boqdanovski, 16. Marko Ferukoski, 15. Oliver Stoymenovski, 13. Filip Antovski, 11. Omar İmeri, 9. Kristian Trapanovski

Baş məşqçi: Zvonko Zlatanovski

0