[b]UEFA Superkubokunda ilk derbi[/b]
27.05.2018 - 13:03
[b]UEFA Superkubokunda ilk derbi[/b]

Bu il keçiriləcək UEFA Superkubokunun iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasını qazanan “Atletiko”nun rəqibi Çempionlar Liqasının finalında müəyyənləşib.

 

“Liverpul”u 3:1 hesabı ilə məğlub edən “Real” həm 13-cü kuboku əldə edib, həm də Superkuboka vəsiqə qazanıb. Avqustun 15-də Estoniyada baş tutacaq görüşdə iki İspaniya klubu – “Real” və “Atletiko” qarşılaşacaq.

 

Tallinndəki matç tarixə ilk derbi kimi düşəcək. Belə ki, Superkubok tarixində ilk dəfə eyni şəhərin təmsilçiləri qarşılaşacaq. Avrokubokların ikisi də Madridə getdiyindən 3-cü mükafat da bu şəhərin komandalarının derbisində sahibini tapacaq.

0