[b]“Daha yaxşı nəticə qazanmağa çalışacağıq” – Kristina Yaqubova[/b]
27.05.2018 - 13:27
[b]“Daha yaxşı nəticə qazanmağa çalışacağıq” – Kristina Yaqubova[/b]

“Bolqarıstanla oyun hər iki komanda üçün çox çətin və vacib qarşılaşma idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova deyib.

 

O, Qızıl Avropa Liqasının Bolqarıstanla oyunundakı 1:3 hesablı məğlubiyyətə şərh verib: “Top qəbulunda müəyyən səhvlər buraxdıq. Bu da məğlubiyyətimizlə nəticələndi. Amma Bolqarıstanla ev oyunumuz var. Həmin görüşdə daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

 

0