[b]Hüseynovdan qızıl medal[/b]
27.05.2018 - 15:03
[b]Hüseynovdan qızıl medal[/b]

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində sonuncu yarış gününə start verilib. Apasport.az Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, körpücük üzərinə yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 69 kq-a qədər olan atletlər çıxıblar.

 

Bu çəkidə toplam 241 kq (109+132) nəticə ilə Elməddin Hüseynov qızıl medala layiq görülüb. Gümüş medalı 236 kq (105+131) nəticə ilə Nurlan Rəsulov, bürünc medalı isə 216 kq (98+118) nəticə ilə Samir Əskərzadə qazanıb.

 

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

 

69 kq

N

Ad

İl

Şəhər/rayon

Klub/Cəmiyyət

Çəkisi

Birdən

Təkanla

Toplam

1.

Hüseynov Elməddin

2001

Şamaxı

Zirvə

63.4

109

132

241

2.

Rəsulov Nurlan

2002

Xırdalan

Zirvə

67.8

105

131

236

3.

Əskərzadə Samir

2002

Neftçala

Zirvə

65.8

98

118

216

4.

Sahibov Həsənağa

2002

Qobustan

UGİM

64.2

95

118

213

5.

Qarayev Nurlan

2001

Gəncə

Təhsil

69.0

95

115

210

6.

Qasımzadə Ümid

2001

Cəlilabad

UGİM

69.0

86

95

181

7.

Şəmmədov Səbuhi

2002

Goranboy

Zirvə

68.5

0

0

0

 

 

0