[b]Salah Uruqvayla oyunu buraxacaq[/b]
27.05.2018 - 16:56
[b]Salah Uruqvayla oyunu buraxacaq[/b]

Çempionlar Liqasının “Real”la oyununda zədələnən “Liverpul”un hücumçusu Məhəmməd Salahın durumu dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Misir yığmasının futbolçusu DÇ-2018-də iştirak edə biləcək.

 

Milli komandanın düşərgəsindən verilən məlumatda bildirilir ki, Salah qrup mərhələsinin ilk oyununu buraxmalı olacaq. O, iyunun 15-də Uruqvaya qarşı forma geyinməyəcək.

 

Çiynindən zədələnən Salahın 2 həftə məşqlərdən kənar qalıb, sonradan yığmaya qoşulması gözlənilir. Bu isə o deməkdi ki, hücumçu Rusiyada keçiriləcək mundialın qrupunda Rusiya və Səudiyyə Ərəbistanına qarşı oyna biləcək.

 

0