[b]“Liverpul”a 200 milyon funt sterlinq[/b]
27.05.2018 - 18:20
[b]“Liverpul”a 200 milyon funt sterlinq[/b]

Çempionlar Liqasının finalında “Real”a 1:3 hesabı ilə uduzan “Liverpul” yeni mövsümdə daha güclü olacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi yay transferləri hesabına daha iddialı komandaya çevriləcək.

 

Belə ki, klubun sahibi  Con Henri transferlər üçün 200 milyon funt sterlinq ayrılıb. Baş məşqçi Yurgen Klopp bu məbləğə istədiyi oyunçuları əldə edə bilər.

 

“Liverpul” “Leppsiq”dən Nabi Keytanı 52,75, “Lion”dan Nabil Fekir 60 milyona alır. Bundan başqa, Vilfrid Zaa, Tom Lemar və Kristian Pulişiç də komandanın marağındadı.

 

Qeyd edək ki, finaldakı səhvlərdən sonra komandadan göndəriləcəyi gözlənilən qapıçı Loris Kariusu da əvəzləyəcək qolkiperin alınması ehtimal edilir.

0