[b]“Səfərə böyük özünəinam hissi ilə yollanacağıq” – yığmamızın rəqibi[/b]
27.05.2018 - 19:42
[b]“Səfərə böyük özünəinam hissi ilə yollanacağıq” – yığmamızın rəqibi[/b]

“Azərbaycanla oyunun nəticəsindən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

 

Balkanlı mütəxəssis Qızıl Avropa Liqasının Azərbaycanla oyunundakı 3:1 hesablı qələbəyə şərh verib: “Evdə keçirdiyimiz ilk üç oyunda qalib gəlmişik. Bu da I dövrə üçün əsas vəzifəmiz idi. İndi qarşıdakı səfər matçlarına böyük özünəinam hissi ilə yollanacağıq. Ümid edirəm ki, Budapeştdəki “Dördlər finalı”na yüksələcəyik”.

0