[b]Finalların ən böyük uğursuzları[/b]
27.05.2018 - 22:28
[b]Finalların ən böyük uğursuzları[/b]

“Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp avrokuboklar tarixinə finalların uğursuzu kimi düşüb. Apasport.az saytının məlumatına görə, dünən Çempionlar Liqasının finalında “Real”dan alınan 1:3 hesablı məğlubiyyət onu antirekorda şərik edib.

 

Belə ki, Klopp 3-cü dəfə avrokubok finalında yenilib. Bunadək yalnız iki məşqçi – Arsen Venger və Ektor Kuper belə uğursuzluq yaşayıb.

 

Klopp Dortmund “Borussiya”sı ilə 2013-cü, “Liverpul”la 2018-ci ildə Çempionlar Liqasını qaçırıbsa, 2016-cı ildə ingiltərəlilərlə Avropa Liqasında uduzmuşdu.

 

Venger 1992-ci ildə “Monako” ilə Kuboklar Kubokunu, 2000-ci ildə “Arsenal”la UEFA kubokunu, 2006-cı ildə sonuncularla Çempionlar Liqasını finalda əldən verib. Kuper 1999-cu ildə “Malyorka” ilə Kuboklar Kubokunu, 2000 və 2001-ci ildə “Valensiya”yla Çempionlar Liqasını son matçda uduzub.

0