[b]“Bu oyunda iştirak ikiqat sevinclidi” – Yuri Maksimov[/b]
28.05.2018 - 00:52
[b]“Bu oyunda iştirak ikiqat sevinclidi” – Yuri Maksimov[/b]

“Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.

 

Ukraynalı mütəxəssis Azərbaycan kubokunun bu gün “Qəbələ”yə qarşı keçiriləcək finalı haqda fikirlərini açıqlayıb: “Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidi. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.

 

Mənbə: pfl.az

0