[b]“Rayo Valyekano” yenidən Primerada[/b]
28.05.2018 - 01:36
[b]“Rayo Valyekano” yenidən Primerada[/b]

“Rayo Valyekano” İspaniya Primerasına qayıdır. Apasport.az saytının məlumatına görə, Sequndanın 41-ci turunda “Luqo”nu 1:0 hesabı ilə məğlub edən komanda yüksək liqaya vəsiqəni təmin edib.

 

“Ueska”dan sonra elitaya vəsiqə qazanan 2-ci komanda olan “Rayo Valyekano” sonuncu dəfə 2015/16 mövsümündə güclülər sırasında çıxış edib. Primeraya sonuncu vəsiqənin sahibi isə pley-offda müəyyənləşəcək.

 

Bu mərhələdə “Sportinq” və “Saraqosa”nın iştirakı dəqiqləşibsə, digər iki komanda son turda bəlli olacaq.

 

Qeyd edək ki, Primeranı “Deportivo”, “Las-Palmas” və “Malaqa” tərk edib.

 

0