[b]Avropa kubokunda 8 medal[/b]
28.05.2018 - 10:11
[b]Avropa kubokunda 8 medal[/b]

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

 

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə ediblər. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qazanıb.

 

Beləliklə, Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

 

Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

0