[b]Azərbaycan – Bolqarıstan görüşünün hakimləri açıqlandı[/b]
28.05.2018 - 11:20
[b]Azərbaycan – Bolqarıstan görüşünün hakimləri açıqlandı[/b]

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının IV turunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək Azərbaycan – Bolqarıstan görüşünü idarə edəcək referilər də dəqiqləşib.

 

Belə ki, mayın 30-da olacaq oyunda əsas hakim funksiyasını isveçrəli Kristian Volf yerinə yetirəcək. Ona köməkliyi isə həmyerlimiz Eldar Zülfüqarov edəcək.

 

Qeyd edək ki, Voleybol Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.

0