[b]Avropa Liqası: Yığmamızın 4 oyunçusu “Top-10”da[/b]
28.05.2018 - 12:12
[b]Avropa Liqası: Yığmamızın 4 oyunçusu “Top-10”da[/b]

Qızıl Avropa Liqasında I dövrənin yekununa əsasən ən yaxşı voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3 turdan sonra “Top-10”da Azərbaycan millisinin 4 oyunçusu yer alıb.

 

Belə ki, bombardirlik yarışında Katerina Jidkova 5-cidi. O, 12 setə 47 xal toplayıb. Təmsilçimiz birinci yerin sahibi Anastasiya Kraydubadan (Ukrayna) 7 xal geri qalır. Bu siyahıda Yelizaveta Səmədova 10-cudu. Hücumçumuz 43 xal yığıb.

 

Blokçuların mübarizəsində isə Aynur İmanova 2-ci, Olena Həsənova 5-ci yerdədi. Onlar müvafiq olaraq, 12 və 9 dəfə rəqib hücumunun qarşısını xalla alıblar. Bu siyahıda birinci olan Xristina Ruseva (Bolqarıstan) 24 xalla ən yaxın izləyicisi olan İmanovanı 12 xal qabaqlayır.

0