[b]“Sevginiz ehtiyacım olan gücü verəcək” - Məhəmməd Salah[/b]
28.05.2018 - 12:40
[b]“Sevginiz ehtiyacım olan gücü verəcək” - Məhəmməd Salah[/b]

“Çox çətin gecə idi. Amma mən bir döyüşçüyəm”. Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah deyib.

 

Çempionlar Liqasının “Real”la final oyununda zədələnən 26 yaşlı hücumçu son durumu ilə bağlı tvit paylaşıb. O bildirib ki, Rusiyada keçiriləcək DÇ-2018-də Misir yığmasının heyətində meydana çıxmağında problem olmayacaq: “Hər şeyə rəğmən Rusiyada olacağıma və sizi qürurlandıracağıma əminəm. Sevgi və dəstəyiniz ehtiyacım olan gücü verəcək”.

 

Qeyd edək ki, iyunun 14-də start götürəcək DÇ-də Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla birgə A qrupunda yer alıb.

0